Close

MENYU

SOUTHERN CAUCASUS MEDIA GROUP

ENECO

ENECO-Enerji İqtisadiyyatı Mərkəzi Xəbərləri Jurnalı

İstinad olunan və rəy verilmiş jurnal

DOI PREFIX: 10.36962 / ENECO

ISSN: 2674-4562, E-ISSN: 2674-4597, UDC: 620.9 (051) (0.034)

Araşdırma qapısı xalı - 2.81

Academia müəllif dərəcəsi-1.1

2020-ci ildən nəşr olunur. Tezlik: ildə 4 dəfə

© Yayımcı: Beynəlxalq Tədqiqat, Təhsil və Təlim Mərkəzi. ICRET MTÜ.

Qeyd kodu: 80550594

ISNI: 0000 0004 9242 1426

Ringgold ID 578710

İdarə Heyətinin Üzvü: Seyfulla İsayev.

Müavin və təsisçi: Namiq İsazadə. Full Professor.

© Redaksiya: Harju maakond, Tallinn, Kesklinna linnaosa, Narva mnt 5, 10117

© Tipoqrafiya: Harju maakond, Tallinn, Kesklinna linnaosa, Narva mnt 5, 10117

Qeydə alınmış ünvan / qeydiyyat ünvanı: Harju maakond, Tallinn, Kesklinna linnaosa, Narva mnt 5, 10117

https://ariregister.rik.ee/lihtparing

Nəşriyyat şöbəsi: Baltik Elmi Jurnalları.

E-poçtlar: office@sc-media.org, (jurnalların nəşrinə dair hər hansı bir sual).

© Nəşriyyat: Aspendos Beynəlxalq Tibb və Sosial Elmlər Akademiyası. Aspendos-Academy LTD.

Şirkət nömrəsi: 12224486

Nəşriyyat şöbəsi: Avropa Elmi Jurnalları.

Nəşriyyat şöbəsi: Cənubi Qafqaz Elmi Jurnalları.

Nəşriyyat şöbəsi: Baltik Elmi Jurnalları.

Qeydiyyatlı Ünvan / Servis Ünvanı: 71-75 Shelton Street, Covent Garden, London, WC2H 9JQ, Birləşmiş Krallıq.

Təşkilatın direktoru və səhmdarı: Aytən Hüseynova-Gülşahin. 

https://beta.companieshouse.gov.uk/company/12224486

Nəşr növü: Elmi jurnal.

Nəşr statusu: ev / yerli.

Dil nəşri: İngilis dili.

Paylanma sahəsi: Ümummilli, xarici.

Oxucu kateqoriyası: Ali təhsilli tədqiqatçılar.

Proqramın məqsədi: Elmi məqalələrin istiqamətləri ilə oxucuları tanış etməkdir.

Proqnozlaşdırılan çıxış tezliyi: Rüblük.

Məqsədinə görə nəşr növü: Elmi.

Bülletenin bölmələri: Çox 

Mövzu: Multidisiplinar çox sahəli

ISSN adı: Elmi jurnal

Qısaldılmış açar ad: Elmi jurnal

Variant adı: Elmi jurnal.

Stil və format: Üç dildə məqalə şablonu var. http://sc-media.org/for-authors/preparation-of-manuscript/ ingilis dilində, rus dilində, azərbaycan dilində.

Poçt ünvanı: AZ1007, Bakı, Azərbaycan.

Poçt ünvanı: AZ1007, Bakı, Azərbaycan.

Tel.: +994 55 241 70 12; +994 51 864 88 94; +994 70 375 70 12

E-poçt: gulustanbssjar@gmail.com; sc.mediagroup2017@gmail.com; 

Veb sayt: http://sc-media.org/ 

Qeydiyyat: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestri. Qeydiyyat nömrəsi 4322, 27.10.2020. 

©Nəşriyyat: “İqtisad Universiteti”, VÖEN 1700091281. UNEC, Enerji İqtisadiyyatı Mərkəzi. (Azərbaycan). 

Direktor: Elşən Hacızadə. İqtisad Elmləri Doktoru. Professor.

Direktor müavini: Namiq İsazadə. Biznesin İdarə Olunması üzrə. PhD.

Qeydiyyat ünvanı: 6, İstiqlaliyyət küç. Bakı Azərbaycan, AZ1001

©Redaksiya: 6, İstiqlaliyyət küç. Bakı Azərbaycan, AZ1001

©Mətbəə: “İqtisad Universiteti”, VÖEN 1700091281. UNEC, Enerji İqtisadiyyatı Mərkəzi. (Azerbaijan)

Qeydiyyat Ünvanı: 6, İstiqlaliyyət küç. Bakı Azərbaycan, AZ1001

Elmi missiya

“ENECO” jurnalı həm iqtisadiyyat və həm də enerji sahəsində araşdırmalar və təhlillər aparan tədqiqatçılara, alim, doktorant və magistrantlara öz elmi fikir, mülahizə və qənaətlərini geniş oxucu auditoriyası ilə bölüşmək imkanı yaradan bir platformadır. Jurnalda enerji iqtisadiyyatının müasir problemlərini və sahə üzrə ümumkonseptual məsələləri elmi-metodoloji cəhətdən nəzəri və praktiki uzlaşmada ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Burada həmçinin iqtisadiyyatın digər sahələri ilə bağlı orjinal məqalələr də qəbul olunur.

Jurnalın dili

Azərbaycan, İngilis

Əlyazmanın redaksiyaya təqdim olunma qaydası

Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.

Əlyazmanın orijinalı mükəmməl redaktə edilmiş elektron formada müəllif(lər)in özü, müxbir müəllif və ya məqalənin göndərilməsinə cavabdeh şəxs tərəfindən elektron məktubla http://sc-media.org/for-authors/submit-a-paper/ veb səhifədə göstərilən sc.mediagroup2017@gmail.com email poçt ünvanına göndərilməklə redaksiyaya təqdim edilir.

Müəllif(lər) redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq müəllif anketi doldurmalıdırlar. Göndəriş məktubu və müəllif anketinin nümunəsini http://sc-media.org/for-authors/preparation-of-manuscript/ veb səhifədən götürmək olar.

Əlyazmanın resenziyalaşdırılması və dərci

Redaksiyaya təqdim edilən əlyazmalar rezenzentlər tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra onların dərc edilib-edilməməsinə qərar verilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Əlyazmalar resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə dərc olunur.

Müəlliflik hüquqları

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüququları eksklyuziv olaraq “ENECO” jurnalına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız Redaksiyanın yazılı icazəsilə, sitatlarların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

Nəşrin müəlliflərə təqdim edilməsi

Məqalə müəllifi(ləri)nə 1 nüsxə jurnal redaksiya tərəfindən hədiyyə olunur. Həmçinin məqalələrinin jurnalda yerləşdirldiyi qaydada tam mətninin elektron formasını jurnalın internet səhfəsindən əldə edə bilərlər.

Əlyazmanın strukturu və həcmi

Əlyazmanın mətni dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılmaq və yeni sətirdən başlamaqla, ardıcıl olaraq, “UOT”, “Məqalənin adı” “Müəllifin adı və soyadı” “Müəllifin işlədiyi qurumun adı və ünvanı”, “Müəllifin elektron poçt ünvanı”, “Müəllifin ictimai identifikasiya nömrəsi - ORCİD”, “Xülasə”, “Açar sözlər”, “Giriş”, “Material”, “Nəticə”, “Ədəbiyyat siyahısı” və xarici dillərdə xulasələr və açar sözlər - “Аннотация”, “Ключевые слова” və “Abstract”, “Key words”, “JEL Classification Codes” strukturunda tərtib edilməli, həcmi əlavələr, şəkil və cədvəllər daxil olmaqla iki müəllif vərəqi - 40000 işarədən (ara boşluqları nəzərə alınmaqla) - 15 səhifədən çox olmamalıdır.

Əlyazmanın tərtib edilmə qaydaları

Əlyazmanın mətni Microsoft Office Word proqramında A4 formatda, Times New Roman - 12 şriftində (qara rəngdə), 1,0 intervalda yığılmalı, səhifələrin bütün kənarlarında 2 sm boş sahə buraxılmalıdır.

Əlyazmanın başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şiriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.

Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən, müvafiq olaraq “Cədvəl” və “Şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvləin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.

Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra yazılmalıdır. Tənliklər və düstürlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. Hər düsturun üstündə və altında bir-iki boş sətir olmalıdır.

Məqalənin mətnində sözlər, ümumi qəbul edilmiş bir neçə ixtisarlar və çox işlənən akronimlər (və s., məs., ABŞ, BMT) istisna olmaqla, tam açıq verilməlidir.

Mətndə mövzu ilə bağlı zəruri istinadlar olmalıdır. İstifadə edilən bütün mənbələr “Ədəbiyyat siyahısı” hissəsində əlifba sırası, yaxud da istinad olunan ədəbiyyatların mətnində rast gəlindiyi ardıcılıqla nömrələnməli və düzbucaqlı mötərizədə verilməlidir (məsələn: mənbəyə bütövlükdə istinad edildikdə [1] və ya [3, 5, 8], sitat gətirildikdə [4, s. 17-18]).

Mənbələr müəllif(lər)in soyadı, ad(lar)ının ilk hərf(lər)i, mənbənin adı, nəşr yeri (məqalədirsə - jurnalın adı, məruzədirsə - konfransın adı, kitabdırsa - nəşriyyatın və şəhərin adı), cildi (çoxcildi əsərlər üçün sayı) və səhifə sayı göstərilən strukturda verilməlidir. Xarici dillərdə instinad edilən mənbələrin və internet veb-saytlarının qarşısında onların Azərbaycan dilində açılışını verən tərcümə variantı əlavə olunmalıdır.

Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “Ədəbiyyat siyahısı” hissəsində aşağıdakı nümunələrdə verilən qaydada göstərilir:

1.Bir və ya bir neçə müəllif kitabları və çoxcildliklər:

Meybullayev M.X. (2010) Mikroiqtisadiyyata giriş. Bakı: “İqtisad Universiteti”, 2010. 396 s.

2.Dörddən çox olan müəllifi olan kitablar:

Qasımov Ə.S. və başqaları. (2006) Regionların sosial-iqtisadi inkişaf problemləri (Şəki-Zaqatala regionunun timsalında), Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2006, 304 s.

3.Çoxcildliklər:

“Böyük İqtisadi Ensiklopediya”. VII cilddə. / akademik Ziyad Səmədzadənin baş redaktorluğu ilə. Bakı: “Letterpres” nəşriyat evi, 2012-2015.

4.Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):

“Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri”. (2010) / Respublika elmi-praktiki konfransının materialları. Bakı: “Şərq-Qərb”. s. 314-316.

5.Jurnallar:

Hacızadə M.E. İnformasiya iqtisadiyyatı cəmiyyət inkişafının yeni iqtisadi sistemi kimi. AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası. Bakı: №1. 2015, s 24-29.

6.İnternet səhfələri

(internet səhfələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə olunduğu tarix göstərilmək şərtilə tam adres şəklində olmalıdır):

https://www.stat.gov.az/source/system_nat_accounts/ (11.01.2021) / Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Əsas makroiqtisadi göstəricilər.

Mətndə istifadə edilməyən mənbələrə “Ədəbiyyat siyahısı” hissəsində göstərilməməlidir.

Xülasə

Xülasə ayrı-ayrılıqda jurnalın hər bir dilində, eyni məzmunda, həcmi 250 sözdən çox olmamaqla yazılmalı və məqalənin mahiyyətini ifadə etməlidir. Onun mətni elmi və qarammatik baxımdan ciddi redaktə edilməli, burada tədqiqatın məqsədi, metodologiyası nəticələri, məhdudiyyətləri, orijinallığı, elmi yeniliyi, təcrübi əhəmiyyəti əks etdirən fikir və müddəalara yer verilməlidir.

Digər dillərdə verilən xülasələrdə ardıcıl olaraq müəllif(lər)in soyadı, adı, atasının adı, elmi dərəcəsi, işlədiyi qurumun adı, vəzifəsi, elektron poçt ünvanı və məqalənin başlığı göstərilməlidir.

İndeks və açar sözlər

Müəllif(lər) məqalənin elmi istiqamətlərini UOT indeksi və ABŞ İqtisadi Assosiasiyasının İqtisadi Ədəbiyyat jurnalının (The Journal of Economic Literature - JEL) təsnifat sistemi kodları əsasında göstərməlidir. UOT indeksi məqalənin başlığından əvvəl sol küncdə, JEL kodu isə açar sözlərdən (Key words) sonra verilir.
Məqalədə hər bir dildə yazılan xülasənin sonunda 5-dən çox olmayaraq açar sözlər və söz birləşməsi göstərilməlidir.

 

Müşayət məktubu

Müəllif haqqında məlumat